İdman

Çempionlar Liqasının oyununda 28 penalti yerinə yetirildi

UEFA Çempionlar Liqasında I seçmə mərhələsinin “Hamrun Spartans” (Malta) və “Jalgiris” (Litva) komandaları arasındakı cavab matçında qapılara ümumilikdə 28 penalti zərbəsi vurulub.
AZERFAX.AZ xəbər verir ki, görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk oyununda “Jalgiris” eyni hesabla qələbə qazandığı üçün oyun əlavə edilmiş hissələrdə davam edib. Əlavə edilmiş hissələrdə də hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Ümumilikdə 28 penaltinin vurulduğu seriyada meydan sahibi komanda 11:10 hesabı ilə qalib gələrək mərhələ adlayan tərəf olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button