Klopp bu komandanı çalışdıra bilər

Almaniya millisinin Dünya Kubokunun 1/16 final mərhələsində Paraqvaya penaltilərdə uduzaraq turnirdən kənarlaşması ölkədə böyük məyusluq yaradıb.
AZERFAX.AZ xəbər verir ki, bu nəticədən sonra baş məşqçi Yulian Naqelsmanın gələcəyi müzakirə mövzusuna çevrilib və onun istefa verə biləcəyi iddia olunur. Naqelsman Paraqvayla oyundan sonra müqaviləsinin davam etdiyini, lakin federasiya istəsə, ayrılmağa hazır olduğunu bildirib. Almaniya Futbol Federasiyasının mümkün dəyişiklikləri dəyərləndirdiyi, əsas namizədlərdən birinin isə Yürgen Klopp olduğu qeyd edilir.
“Bild” nəşri Kloppun Almaniya millisinin təklifini qəbul edə biləcəyini irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



