Texnologiya

​”WhatsApp”da mesajlarla bağlı yenilik

“WhatsApp” istifadəçiləri onlayn dələduzluqdan qorumaq üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə başlayıb.

AZERFAX.AZ xəbər verir ki, yenilik çərçivəsində tətbiq istifadəçiyə naməlum şəxsdən gələn mesajlarda əlavə məlumat göstərəcək. Belə ki, mesaj göndərənin ölkəsi və istifadəçi ilə ortaq qruplar barədə məlumat ekranda görünəcək. Bu isə saxta hesabları daha asan müəyyən etməyə kömək edəcək.

Bundan əlavə, sistem şübhəli keçidlər və dələduzluq əlamətləri aşkarladıqda istifadəçini xəbərdar edəcək. Şirkət bildirib ki, məqsəd istifadəçilərin fırıldaqçılarla ünsiyyətə başlamazdan əvvəl riskləri görməsini təmin etməkdir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button