Dünya
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnaməni dəstəklədi

Prosedur səsverməsi zamanı ABŞ Senatı ilk dəfə olaraq Vaşinqton administrasiyasına İrana qarşı hərbi əməliyyatları dayandırmağı əmr edən qətnaməni təsdiqləyib. AZERFAX.az xəbər verir ki, səsvermə çərşənbə axşamı C-SPAN kanalı vasitəsilə yayımlanıb. Əlli Senat üzvü qətnamənin lehinə, 47 nəfər əleyhinə səs verib. Respublikaçılardan olan Rand Pol (Kentukki), Liza Murkovski (Alyaska), Syuzan Kollins (Men) və Bill Kassidi (Luiziana) Demokratların əksəriyyəti ilə birlikdə qətnamənin lehinə səs veriblər.
Müxalif olan yeganə demokrat Con Fetterman (Pensilvaniya) olub.



