Dünya

​ABŞ bəzi səfirlik və konsulluğu bağlamaq istəyir

ABŞ xaricdə xidmət göstərən 30-a yaxın səfirlik və konsulluğu bağlamaq istəyir.

AZERFAX.AZ xəbər verir ki, Tramp administrasiyası əksəriyyəti Avropa və Afrikada yerləşən 10 səfirlik və 17 konsulluğun bağlanmasını irəli sürüb. CNN-nin məlumatına görə, onlara Malta, Lüksemburq, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər, həmçinin Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniya, Cənubi Afrika və Cənubi Koreyanın hər birində bir konsulluq daxildir.
Bağlanacaq diplomatik nümayəndəliklərin vəzifələrini ABŞ-nin qonşu ölkələrdəki nümayəndəlikləri yerinə yetirəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button