Dünya

ABŞ İrana hücumları başa çatdırdı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hava zərbələrinin başa çatdığını elan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə komandanlığın “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bəyanatda bildirilir ki, CENTCOM bölmələri iyunun 9-da Amerika “Apache” helikopterinin məhv edilməsinə cavab olaraq İrana qarşı “özünümüdafiə məqsədli” zərbələri yekunlaşdırıb. Əməliyyat zamanı Hörmüz boğazı yaxınlığındakı İranın hava hücumundan müdafiə obyektləri, yerüstü idarəetmə məntəqələri və radar stansiyaları hədəfə alınaraq vurulub.

CENTCOM vurğulayıb ki, keçirilən əməliyyat Amerika qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə qarşı son vaxtlar baş verən hücumlara mütənasib cavab tədbiri olub. ABŞ hərbçiləri regionda sayıqlığı qoruyur və İranın “əsassız təcavüzündən” müdafiə olunmağa hazır olduqlarını bildirirlər.

İyunun 10-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücumlarına cavab olaraq Bəhreyn ərazisindəki ABŞ 5-ci Donanmasının qüvvələrinə zərbələr endirdiyini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button