Dünya

ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi

ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranla əlaqəli hədəflərə zərbələr endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” portalının və İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid sosial şəbəkədə paylaşım edib O, paylaşımında ABŞ rəsmisinə istinadən məlumat yaydığını qeyd edib:

“ABŞ rəsmisinin mənə verdiyi məlumata görə, Birləşmiş Ştatların hərbçiləri Hörmüz boğazı bölgəsində zərbələr endirib”.

Barak Ravid sonrakı paylaşımında zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini dəqiqləşdirib.

Daha sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.

Komandanlığın yaydığı bəyanata görə, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən “M/V Ever Lovely” yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib.

CENTCOM vurğulayıb ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button