Dünya

ABŞ Qətər ilə 1,2 trilyon dollarlıq saziş imzaladı

ABŞ ilə Qətər arasında 1,2 trilyon dollarlıq müqavilə imzalanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Müqavilə iqtisadi əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya görə, “Qatar Airways” ABŞ-dən 96 milyard dollara 210 müasir “Boeing 787 Dreamliner” və “777X” təyyarəsi alacaq. Qətər həmçinin ABŞ-dən PUA-lar və digər hərbi avadanlıqlar alacaq. Tərəflər hərbi əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Ağ Ev ABŞ və Səudiyyə Ərəbistanı arasında 600 milyard dollarlıq sazişlər paketi imzalandığını açıqlamışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button