Dünya

Avropa ABŞ-ın hərbi resurslarla bağlı kəskin qərarına hazırlaşır

Avropa ölkələri hərbi resursların qıtlığına hazırlaşır. Söhbət ABŞ-ın müharibə və ya böhran dövründə onlara verə biləcəyi hərbi resurslar, o cümlədən hərbi texnikanı kəskin şəkildə azaltmağı planlaşdırmasından gedir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.

Agentliyin mənbələrinə görə, ABŞ NATO-nun Avropadakı güc modelinə verdiyi maddi töhfəsini əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır. Bu tədbirlərə Avropa ölkələrində olmayan strateji bombardmançı təyyarələrin sayının 30, eləcə də kəşfiyyat və hücum dronlarının 75-100, dəniz gəmilərinin isə 50% azaldılması daxildir.

Müəllif qeyd edib ki, Avropa rəsmiləri hazırda ABŞ-ın köməyi olmadan genişmiqyaslı hərbi əməliyyatların necə aparılacağını düşünürlər. Məqalədə deyilir ki, hərbi resursların azaldılması üçün dəqiq vaxt hələ ki, açıqlanmayıb. Lakin bunun tez bir zamanda baş verəcəyi gözlənilir.

 

Related Articles

Bir cavab yazın

Back to top button