DünyaTexnologiya

Bu ölkədə “TikTok” qadağan edildi.

Albaniya hökuməti “TikTok” sosial şəbəkə platformasını ölkə daxilində bir il müddətinə qadağan edib.

AZERFAX.az xarici mətbuata istinadən xəbər verir ki, Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu Nazirlər Şurasının iclasından sonra məsələ ilə bağlı mətbuata açıqlama verib.

Manastirliu 2024-cü ilin noyabr ayından müzakirələrə səbəb olan “TikTok”un, ölkədə bir il müddətinə müvəqqəti qadağan edilməsi qərarı qəbul edildiyini bildirib.

Nazir Manastirliu bildirib ki, qərar ölkədə 65 min valideynlə müzakirələrdən sonra qəbul edilib.

Bu arada, nazirlikdən verilən açıqlamada, “TikTok” sosial şəbkəsinə giriş qadağasının bir neçə gün ərzində başlayacağı və platformanın yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və yaş standartlarını tətbiq edənə qədər davam edə biləcəyi açıqlandı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button