Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək

Eyfel qülləsinin istismarına rəhbərlik edən “SETE” şirkətinin baş direktoru Patrik Branko Ruvo qadın əməkdaşların işdən kənarlaşdırılması (Seksizm — insanlara qarşı cinsinə görə edilən ayrı-seçkilik, qərəz və ya mənfi münasibətdir) ilə bağlı skandal fonunda istefa verəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, “Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha” (BAPS) hinduist dini təşkilatının nümayəndələrinin səfəri zamanı baş direktor qadın heyəti onların xidmətindən kənarlaşdırıb. Belə bir qərar tədbirin təşkili zamanı bir sıra prosessual pozuntuların aşkar edildiyi araşdırmanın nəticələri əsasında qəbul edilib.
“SETE” rəhbərliyi baş verənləri qəbuledilməz adlandırıb. Şirkət gender bərabərliyinin təşviqinə yönəlmiş xüsusi proqramlar işə salmaq niyyətindədir.
Branko Ruvo 2018-ci ilin sonundan “SETE”yə rəhbərlik edir. O, 2026-cı ilin sonunda tutduğu vəzifədən tərk etmək niyyətində olduğunu bildirib.
Sentyabrın 8-də “20minutes” portalı Eyfel qülləsinin işçilərin tətili səbəbindən işini dayandırdığı barədə məlumat yayıb. Parisin mərkəzi dairəsinin rəhbəri və abidəni idarə edən “SETE” şirkətinin rəhbəri Ariel Veyl bildirib ki, nümayəndə heyəti səfər zamanı “qadınlarla qarşılıqlı əlaqələrin məhdudlaşdırılmasını” xahiş edib. BAPS yarana biləcək narahatlıqlara görə üzr istəyib.



