Kanada ordusunda qaz xəbərdarlığı – Qərargahı işğal etdilər

AZERFAX.AZ xəbər verir ki, yuvalama dövründə son dərəcə aqressiv davranış nümayiş etdirən Kasnada qazlarına qarşı diqqətli olmağa çağırılıb. Qeyd edək ki, Şimali Amerikadakı ən böyük qaz növləri olan Kanada qazlarının uzunluğu 90-110 santimetr, qanadları 140-180 santimetr, çəkisi isə 5 kiloqrama qədərdir. Departamentin işçilərə göndərdiyi məktubda Kanada qazlarına qida verməməyə və onlara toxunmamağa çağırılıb. Bu cür davranışın quşlar tərəfindən təhlükə kimi qəbul oluna biləcəyi bildirilib.
Təlimatlara əsasən, qazla göz təması quraraq arxanı çevirmədən yavaş-yavaş getməlisən. Xəbərdarlıqda həmçinin deyilir ki, qaz üzərinizə gəlirsə və ya fısıldarsa, qollarınızı yuxarı qaldıraraq özünüzü daha böyük göstərməyə çalışın və yavaş-yavaş geri çəkilin.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.