Dünya

NATO sammitində qatığın adına etiraz edildi

NATO sammitində dünya liderlərinə təqdim edilən qatığın adının menyuda yanlış göstərilməsi etiraza səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyənin Denizli vilayətinin Tavas rayonunun bələdiyyə sədri Kadir Tatık bildirib.

Onun sözlərinə görə, sammitin menyusunda məhsul “Yanık denizli qatığı” kimi təqdim edilsə də, bu ifadə doğru deyil. Bələdiyyə sədri qeyd edib ki, məhsulun rəsmi adı coğrafi göstərici ilə qorunan “Tavas yanıq qoxulu qoyun yoğurdu”dur.

K.Tatık bildirib ki, qatıq əsrlərdir Tavasda ənənəvi üsulla hazırlanır. Məhsul südün mis qazanlarda odun odunda bişirilməsi və dibinin yüngül şəkildə yanması nəticəsində özünəməxsus his qoxusu və dadı qazanır.

O vurğulayıb ki, coğrafi göstərici ilə qeydiyyata alınmış məhsulların rəsmi adlarının düzgün işlədilməsi həmin məhsulu istehsal edənlərə və bölgəyə hörmətin göstəricisidir.

Bununla yanaşı, bələdiyyə sədri qeyd edib ki, Türkiyənin əsas gündəmi NATO liderlərinin süfrəsinə təqdim olunan yeməklər deyil, vətəndaşların üzləşdiyi sosial-iqtisadi problemlər olmalıdır.

“Bu gün ölkədə milyonlarla insan yaşayış çətinliyi ilə üzləşir. Əsas məsələ liderlərin menyusu deyil, vətəndaşın süfrəsidir”, – deyə K.Tatık bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button