Elm adamlarının tənbəlliyi böyük kəşfə səbəb oldu

Bu gün milyardlarla insanın istifadə etdiyi veb-kameraların (webcam) yaranma səbəbi böyük elmi kəşf yox, sadəcə Kembric Universitetinin kompüter alimlərinin tənbəlliyi olub.
AZERFAX.AZ xəbər verir ki, 1991-ci ildə laboratoriyada çalışan tədqiqatçılar hər dəfə kofe içmək üçün başqa otaqdakı kofe aparatının yanına gedəndə onun boş olduğunu görüb məyus olublar. Bu uzun yolu boşuna getməmək üçün alimlər kofe aparatının qarşısına kiçik kamera quraşdırıblar.
Bildirilir ki, onlar kameranı yerli kompüter şəbəkəsinə bağlayaraq xüsusi proqram yazıblar. Beləcə, laboratoriyadakı hər kəs öz kompüter ekranından kofe qabında kofe olub-olmadığını canlı olaraq görə bilib. 1993-cü ildə isə bu sistem rəsmi olaraq internetə qoşulub və dünyadakı ilk veb-kamera yayımı başlayıb. (publika. az)



