Dünya

Sərhəddə silahlar işə düşdü – Atom ölkələri üz-üzə

Hindistan və Pakistan sərhədində silah səsləri eşidilir.

AZERFAX.AZ xəbər verir ki, ordular arasında qarşıdurma Cammu və Kəşmir bölgəsindəki beynəlxalq sərhəddə qeydə alınıb. Tərəflərin ağır silahlardan istifadə etdiyi irəli sürülür. Xarici KİV-lərin məlumatına görə, Hindistanın baş naziri Narendra Modi ölkə ordusuna “əməliyyat azadlığı” verib. İddialara görə, Modi silahlı qüvvələrin cavab vermək üçün tam səlahiyyətə malik olduğunu açıqlayıb. Bu bəyanatın təhlükəsizlik sammitində bəyan edildiyi iddia edilir.

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Hindistan hadisənin Pakistan tərəfindən həyata keçirildiyin iddia edib. Bundan sonra tərəflər arasında vəziyyət gərginləşib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button