Dünya

“Suriya Demokratik Qüvvələri” silahı yerə qoymayacaq


PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silah buraxma çağırışına “Suriya Demokratik Qüvvələrinin” lideri Mazlum Abdi reaksiya verib.

AZERFAX.AZ xəbər verir ki, Vaşinqtonda “Suriya Demokratik Qüvvələrinin” təşkil etdiyi konfransa onlayn vasitəsilə qatılan Abdi, Öcalanın silahı buraxma çağırışının onlara aid olmadığını ifadə edib. Onun sözlərinə görə, Öcalan çağırışını PKK-yə edib.


Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” Suriyanın şimalında geniş əraziyə nəzarət edir. “Suriya Demokratik Qüvvələri”nin sıralarında PKK qruplaşmasının qanadı olan YPG terrorçuları üstünlük təşkil edir. Bundan əvvəl PKK/PYD terror təşkilatının lideri Salih Müslüm isə silahı yerə qoya biləcəklərini açıqlamışdı. Qruplaşma lideri, “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, silahlarımızı yerə qoyacağıq” – deyə bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button