Dünya

Trampın Qrenlandiya ilə bağlı planları dəyişdi

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı güc yolu ilə ələ keçirmək planından imtina edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri Qrenlandiyanın KNR radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Prezident artıq güc tətbiqini nəzərdən keçirmir. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir”, – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Qrenlandiya üzrə işçi qrupunun həm Trampın ABŞ-ın təhlükəsizliyi ilə bağlı narahatlıqlarını, həm də Danimarka və Qrenlandiyanın mövqeyini nəzərə alan bir həll yolu tapacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın xüsusi elçisi Ceff Lendrinin uşaqlara şirniyyat paylamasını tənqid edərək istehza ilə qarşılamışdı.

“Bizə nə qədər şokoladlı peçenye versələr də, öz qırmızı xətlərimizdən geri dönməyəcəyik”, – siyasətçi vurğulayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button