Dünya
Türkiyədə bayramın ilk günündə 13 mindən çox insan xəsarət aldı

Türkiyədə Qurban bayramının ilk günü 13 mindən çox insan xəsarət alıb.
AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.
Nazirin sözlərinə görə, qurban kəsimi zamanı baş verən xəsarətlər səbəbindən tibb müəssisələrinə ümumilikdə 13 min 513 nəfər müraciət edib.
“Bu proses boyunca vətəndaşlarımızı daha diqqətli olmağa çağırıram və yaralıların tezliklə sağalmasını arzulayıram. Bayram günlərində vəzifələrini fədakarlıqla yerinə yetirən bütün səhiyyə işçilərinə ürəkdən təşəkkür edirəm”, – deyə o bildirib.



