Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 490 nəfərə çatıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.
Məlumata əsasən, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb. Təbii fəlakət zamanı 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Ümumilikdə 32 401 nəfərə xəstəxana və digər tibb müəssisələrində yardım göstərilib. Həmçinin 120 794 ailəyə humanitar dəstək verilib, 19 583 nəfər 108 müvəqqəti sığınacaqda yerləşdirilib. Zərərçəkənlərə 9 995 ton ərzaq yardımı çatdırılıb.
Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.



