İdman
“Zirə”nin futbolçusu faciəvi şəkildə öldü

“Zirə” futbol klubunun U-16 komandasının oyunçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.
AZERFAX.AZ xəbər verir ki, hadisə bu gün Şüvəlan çimərliyində baş verib. Gənc futbolçu dənizdə çimərkən boğulub və həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fərid Şahverdiyev akademiyasının üzvü idi. O, uzun müddətdir “Zirə” klubunun aşağı yaş qruplarında çıxış edirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.