Ölkə

“Podul” qasırğası Tayvanın cənubunu vurdu


Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

AZERFAX.AZ “Reuters” agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.


Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək. Çinin cənub və cənub-qərbində cümə gününə qədər güclü yağışlar gözlənilir, çünki qasırğanın qalıqları ölkə daxilində hərəkət edir”, – deyə Çin Meteorologiya Bürosu məlumat yayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button