Ölkə

Elmlər doktoru adının verilməsi ilə bağlı statistika açıqlandı


2025-ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə statistika açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanına Ali Attestasiya Komissiyasının yaydığı məlumata görə, bu dövr ərzində elmlər doktoru elmi dərəcəsi ən çox filologiya sahəsində verilib. Belə ki, filologiya üzrə səkkiz nəfər bu adı alıb.


İkinci sırada isə tibb və texnika elmləri gəlir, bu sahələrin hər biri üzrə 7 nəfərə elmlər doktoru adı verilib.

Ən az elmi ad verilmiş sahələr isə astronomiya (1 nəfər), milli təhlükəsizlik və hərbi elmlər (1 nəfər) üzrə olub.

Elmlər doktoru elmi adının verilməsindən ən çox imtina isə kimya və texnika elmləri olub. Bu sahələrin hər biri üzrə 3 nəfərə elmi adın verilməsindən imtina edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button