Ölkə
Kart oxucularında texniki nasazlıqla bağlı mühüm açıqlama

Bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında yaranmış qısamüddətli texniki nasazlıq səbəbindən BakıKart, bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinlik müşahidə olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən (AYNA) məlumat verilib.
“Nasazlıq operativ şəkildə aradan qaldırılıb və saat 20:00 etibarilə sistemin fəaliyyəti tam bərpa olunub”, – məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



