Avropa nəhənginə təhqir kimi təklif

“Borussia Dortmund” “Çelsi”nin futbolçusu Carney Chukvuemeka üçün təklif irəli sürüb.
AZERFAX.AZ xəbər verir ki, “Çelsi” təklifi nəzərdən keçirmədən rədd edib. Bu barədə Fabrizio Romano açıqlama verib. İddialara görə, “Çelsi” “Borussia Dortmund”un ucuz təklifini “təhqir” hesab edib. Məlumata görə, Almaniya nəhəngi futbolçunu birdəfəlik satın almaq hüququnun olması şərti ilə icarə əsasında transfer etmək istəyib. “Çelsi” futbolçunu birdəfəlik satmağa üstünlük verir.
Məlumata görə, Avropanın bir sıra klubları “Çelsi”nin futbolçusunun xidmətində maraqlıdır. Carney Chukvuemeka 2022-ci ildə “Aston Villa”dan “Çelsi”yə transfer olub. O əsas heyətə düşməkdə çətinlik çəkib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.