Region

Gəncədə motoreller “BMW” ilə toqquşdu – 3 nəfər xəstəxanalıq oldu.

Gəncədə minik avtomobili ilə motoreller toqquşub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində, “Gəncə Mall” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin motorellerlə toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza zamanı yaralananlar – 1985-ci il təvəllüdlü A.Məmmədova, 1984-cü il təvəllüdlü M.Məhərrəmov və 1972-ci il təvəllüdlü G.Abdullayeva xəstəxanaya çatdırılıblar.

 Xəstəxanadan bildirilib ki, 27.08.2025-ci il tarixində saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir” deyə məlumatda bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button