Region
Gəncəçayın səviyyəsi çox yüksəldi – video

Son zamanlar ölkə ərazisində, o cümlədən də qərb bölgəsində davam edən yağıntılı hava şəraiti çaylarda və göllərdə suyun artmasına səbəb olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə güclü yağan leysan yağışlar nəticəsində Gəncədən keçən Gəncəçayının suyu son illərdə ən yüksək səviyyəyə çatıb. Sakinlər bildirilər ki, çayın suyunun bu qədər yüxarı qalxması, bütün vadisini basması xeyli müddətdir görünməyib.
Bildirək ki, artıq neçə müddətdir qərb bölgəsində yağıntılı hava şəraiti hökm sürür.





