Ölkə

“Universitetlər daha çox əcnəbi tələbə cəlb etməlidir”


Son illərdə Azərbaycanda təhsil alan xarici tələbələrin sayında əhəmiyyətli artım müşahidə olunur. Bəs ölkəmizin ali məktəbləri əcnəbi tələbələr üçün niyə cəlbedicidir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov AZERFAX.AZ-a açıqlamasında bilidirib ki, bu gün bir universitetin dünya reytinqində irəliləməsi üçün əsas şərtlərdən biri də onun xarici tələbələridir:



“Ümumiyyətlə, bu gün bir universitetin dünya reytinqində irəliləməsi üçün əsas şərtlərdən biri də xarici ölkələrdən gəlib həmin universitetlərdə təhsil alan tələbələrdir. Getdikcə bu sahədə də inkişaf müşahidə olunur. Əvvəlki dövrdə vəziyyət belə deyildi. Məsələn, illər öncə bizdə 7 000 xarici tələbə təhsil alırdı. İndi isə son vaxta verilən açıqlamaya görə, bu rəqəm 10 000-ə yaxındır. Hər halda, burada müəyyən bir artım var. Bu daha çox Türkiyə və Azərbaycandan gələn tələbələr hesabına baş verir və hesab edirəm ki, biz daha çox çalışmalıyıq. Burada universitetlərimizin üzərinə böyük və ciddi vəzifə düşür. Lakin bəzi universitetlər çalışsa da, xeyli universitetlər çalışmır. Hesab edirəm ki, universitetlər əcnəbi dildə onlar haqqında məlumatların əldə edilməsi, eyni zamanda onların fəaliyyəti və gələcək planları ilə bağlı ciddi məlumat əldə etməlidirlər”.

O qeyd edib ki, universitetlərin dünya reytinqində yüksəlməsi üçün Azərbaycanın böyük potensialı var:

”Hazırkı dövr üçün vəziyyət normal sayılır. Amma hesab edirəm ki, Azərbaycanın daha böyük potensialı var və biz bu potensialdan istifadə edərək imkanlarımızı daha da genişləndirməli, daha çox əcnəbi tələbəni universitetlərimizə cəlb etməli, onların burada təhsil almaları üçün çalışmalı, sayı artırmalı və müvafiq addımlar atmalıyıq”.

Ülkər Cəlilzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button