Dünya

7,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Hadisədən sonra ölkədə dağıntılar qeydə alınıb, sunami təhlükəsi elan olunub və fövqəladə vəziyyət tətbiq edilib. Karakasın Mayketiya Beynəlxalq Hava Limanı dəyən ziyana görə bağlanıb.

ABŞ Geoloji Xidməti (USGS) baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər ola biləcəyini açıqlayıb. Qurumun qiymətləndirməsinə əsasən, insan tələfatının bu aralıqda olması ehtimalı 44 faiz təşkil edir. Ölənlərin sayının 100 mini keçməsi ehtimalı isə 30 faiz olaraq qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button