Sosial

İllər sonra narkotiklə bağlı etiraf etdi

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan və barəsində məhkəmə nəzarəti qərarı verilən məşhur sosial media fenomeni Kerimcan Durmazın prokurorluqdakı ifadəsi ortaya çıxıb.

AZERFAX.AZ yerli mediaya istinadla xəbər verir ki, türkiyəli məşhur İfadəsində illər öncə narkotik istifadə etdiyini boynuna alıb. Durmaz 2018-ci ildə ABŞ-da olduğu müddətdə narkotikdən istifadə etdiyini gizlətməyib. O, həmin tarixdən sonra bu cür zərərli vərdişləri olan şəxslərdən uzaq durmağa çalışdığını qeyd edib.

Sosial şəbəkələrdə yayılan ifadəsində fenomen evində gizli və qeyri-qanuni məclislər təşkil etdiyi yönündəki iddiaları isə qətiyyətlə rədd edib. Beykozdakı evində yalnız bir dəfə, mahnı təqdimatı üçün ziyafət verdiyini deyən Kerimcan qapısının bu cür maddə istifadəçilərinə hər zaman qapalı olduğunu bildirib. Evinə gələn dostlarının narkotiklə heç bir əlaqəsinin olmadığını deyən fenomen, əməliyyat zamanı özü ilə birlikdə saxlanılan digər şübhəliləri tanımadığını iddia edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button