Ölkə

Azərbaycan millisi böyük hesabla məğlub oldu


DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.


AZERFAX.AZ-ın məlumatına görə, Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

***

00:16

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında növbəti qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, İslandiya yığmasının heyətində Kristian Hlinisson (73-cü dəqiqə) fərqlənib – 5:0.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

00:09

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında fərq 4 topa çatıb.

AZERFAX.AZ-ın məlumatına görə, İslandiya yığmasının heyətində Albert Qudmundsson (63-cü dəqiqə) fərqlənib – 4:0.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

00:00

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında üçüncü qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, İslandiya yığması fərqi 3:0-a çatdırıb.

İsak Berqmann Yohannesson 56-cı dəqiqədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

23:52

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında ikinci qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, İslandiya yığması fərqi 2:0-a çatdırıb.

47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

23:48

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında ikinci hissə başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, Azərbaycan millisi fasiləyə 0:1 hesabı ilə geridə yollanıb.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

23:33

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında ilk hissə başa çatıb.

AZERFAX.AZ-ın məlumatına görə, Azərbaycan millisi fasiləyə hesabda 0:1 geridə yollanıb.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

23:32

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında hesab açılıb.

AZERFAX.AZ-ın məlumatına görə, rəqib komandanın heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

23:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya – Azərbaycan matçına start verilib.

AZERFAX.AZ-ın məlumatına görə, qarşılşama Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button