İkardinin ölkədən çıxışına qadağa qoyuldu

“Qalatasaray”ın ulduzu Mauro İkardi ilə bağlı Argentinada gözlənilməz məhkəmə qərarı qəbul edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildiirlir ki, ölkədən çıxışına qadağa qoyulan 32 yaşlı hücumçu Türkiyəyə qayıda bilmir.
Məlumata görə, bir müddət əvvəl qızlarını görmək üçün vətəninə gedən futbolçunun ölkədən çıxışına keçmiş sevgilisi Vanda Naranın vəkillərinin müraciəti əsasında qadağa qoyulub. Bu qərarın oyunçunun qızları Françeska və İzabella ilə bağlı bəzi maliyyə öhdəliklərindən irəli gəldiyi iddia olunur.
İkardinin vəkili dərhal qərara etiraz edib və məhdudiyyətin aradan qaldırılması üçün məhkəmədən təcili iclas təyin olunmasını tələb edib. Uzun müddətdir davam edən maliyyə mübahisələrinin tərəflərin iştirakı ilə yenidən müzakirə olunacağı gözlənilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



