QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycan İcması rəsmi açıqlama yayımladı.

Bu gün, 15 sentyabr 2025 tarixində bir sıra saytlarda Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Təəssüf ki, həmin yazıda ictimaiyyətə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.

Məlumat üçün bildiririk ki, yazıda adı keçən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə ad təhrif olunaraq, İcma ilə bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd edilir.

Qeyd edək ki, Qərbi Azərbaycan TV yayımlarında İcmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi olmayan səhifələr mövcuddur və həmin saytlar da mənbəni araşdırmadan həmin səhifənin paylaşımını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.

Biz Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu kimi addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zərbə vuran təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcmasının mövqeyi aydındır: biz milli birliyimizi zəiflədən, məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addımı qətiyyətlə pisləyirik.

Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayımlanır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button