Hadisə
Mingəçevirdə ana və iki övladını maşın vurdu

Mingəçevirdə minik maşını məktəbə gedən ana və iki övladını vurub.
AZERFAX.az Teleqraf.аz-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısında baş verib.
“Opel” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları – 2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.
Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma başlanıb.