Hadisə
Tovuzda rayonunda iki meyit tapıldı.

Tovuz rayonunda bir gündə iki nəfərin meyiti aşkar edilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə , rayonun Qalaboyun kənd sakini 2008-ci il təvəllüdlü İsmət Nağıyevin yaşadığı evin həyətində meyiti tapılıb.
Digər hadisə isə rayonun Eyyublu kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Elxan Məmmədovun meyiti su arxının kənarında aşkar edilib.
Hər iki hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktlarla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.