Dünya
Qəzzada həlak olanların sayı açıqlandı

Qəzza Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları və aclıq səbəbiylə insan itkiləri ilə bağlı son məlumatları verən yazılı açıqlama yayıb.
AZERFAX.AZ xəbər verir ki, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarında 75 nəfər ölüb, 304 nəfər yaralanıb.
Bildirilib ki, yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 12 min 724 fələstinli ölüb, 54 min 534 fələstinli yaralanıb.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 65 min 283 nəfərə, yaralı sayının isə 166 min 575 nəfərə yüksəldiyi bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.