Siyasət
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdədir.
AZERFAX.az xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.