
Gəncədə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhər ərazisində yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Nizami Novruzovu hərəkətdə olan minik avtomobili vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.