Azərbaycanda sənaye istehsalı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
9 ayda neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 4,8% artıb.
Sənaye məhsulunun 60,9%-i mədənçıxarma sektorunda, 32,7%-i emal sektorunda, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.