Ölkə

ABŞ və Rusiya razılaşmadı – Regionda nə baş verəcək?


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü ləğv olunub. Bundan sonra Tramp Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar elan edib. Bəs bundan sonrakı mərhələ necə davam edəcək? Putin və Tramp ortaq qənaətə gəlməsələr, regionda nələr baş verəcək?

Konfliktoloq Elman Vəliyev AZERFAX.AZ-a açıqlamasında görüşün ləğv olunmasının səbəbkarının Putin olduğunu söyləyib.


O deyib ki, Tramp Putinin tam istəklərinin icra olunacağına təminat vermədi:

“Putin Ukrayna üzərində dominantlığını tam bərpa etmək istəyir. Tramp isə bölgəyə həm iqtisadi, həm də siyasi cəhətdən baxır. İqtisadi cəhətdən bölgənin gəlirlərini mənimsəmək nəzərdə tutulur. Siyasi cəhətdən dedikdə isə bölgədə Amerikanın siyasi və hərbi strukturunun olmasına niyyətlənir”.

E.Vəliyev qeyd edib ki, ortaq qərara gəlinməməsi Amerika və Rusiyanı qarşı-qarşıya qoyası deyil:

“Amerika üçün Ukrayna çox da prioritet deyil. Əsas məsələ Amerikanın konfliktləri nizamlaya biləcək tək qüvvə olduğu imajıdır və buna çalışırlar. İki tərəf arasında iqtisadi əlaqələr üçün bir körpü planı ortaya atılıb. Pərdənin görünməyən tərəfləri var. Amerika üçün əsas hədə Çindir. Oxlar ona yönələcək”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button