Ölkə

Gələn il pensiyalar bu qədər artacaq


Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq.

AZERFAX.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.


O qeyd edib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq:

“Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank (MB) 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. MB-də bu il Azərbaycanda qiymətlərin 6 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.

Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button