Bu il 180 vaqon xəttə buraxılacaq

Bu ilin sonunadək 36 qatar tərkibli 180 vaqon fəaliyyətdə olacaq.
AZERFAX.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
Onun sözlərinə görə, bu gün “Nərimanov” elektrik deposunda 3 yeni qatar xəttə verilmək üçün hazır olacaq.
Hazırda 3 qatar xəttə buraxılıb. İlin sonunadək isə digər 3 qatarın xəttə buraxılması planlaşdırılır.
Qatarlar tələblərə uyğun hazırlanıb və daha müasirləşdirilib.
Əsas tələblərdən biri, qatarların xəttə tam təhlükəsiz şəkildə buraxılması və insanların mənzillərinə rahat çatdırılmasıdır.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



