Ölkə
Ərdoğan Mixeil Kavelaşvili ilə telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.
AZERFAX.AZ xəbər verir ki, danışıq zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinə dair son vəziyyət müzakirə olunub.
Gürcüstan Prezidenti qəza nəticəsində şəhid olan hərbçilər üçün Ərdoğana başsağlığı verib.
Türkiyə Prezidenti başsağlığı diləkləri və dəstəyi üçün Gürcüstan Prezidentinə təşəkkürünü bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



