Əli Əsədov Masato Kanda ilə görüşdü

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kandanı işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, bu ərazilərin investisiya potensialı barədə məlumatlandırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Belə ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.
Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, Azərbaycanın Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.
Eyni zamanda Azərbaycanda yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



