Ölkə
Burak Özçivit bunu ilk dəfə edəcək

Çəkildiyi serial və bədii filmlərlə böyük pərəstişkar ordusu toplayan Burak Özçivit ilk dəfə səhnəyə çıxacaq. O, “İstanbulun ən gözəl qızı” adlı təknəfərlik tamaşada çıxış edəcək.
AZERFAX.AZ xəbər verir ki, rejissoru Çağrı Şensoy, ssenari müəllifi Levent Tülek olan tamaşada Özçivit avtomobil ustası “Oki” obrazını canlandıracaq.
“İstanbulun ən gözəl qızı” həyatını bu şəhərə, atasına, ürəyindəki ən qiymətli qadına həsr edən Oktayın (Oki) hekayəsindən bəhs edir.
Tamaşa şəhərin xaosunda çiçək açan saf sevgidən, artan ehtiras və qısqanclıqdan bəhs edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



