Hadisə
Gəncədə maşın qadını xəstəxanalıq etdi.

Gəncədə 43 yaşlı qadının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, Samux rayon sakini, 1982-ci il təvəllüdlü Zülfiyyə Kərimova vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Ona ilikn tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



