Ölkə

Yoxa çıxan Malayziya təyyarəsinin axtarışları bərpa edilir


2014-cü ildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin axtarışları yenidən bərpa edilir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Malayziya Nəqliyyat Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, ABŞ-nin robototexnika şirkəti “Ocean Infinity” dəniz dibi ilə bağlı axtarışlarda iştirak edəcək.


Qeyd edək ki, 2014-cü ildə Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi Kuala Lumpurdan Pekinə uçarkən radarlardan yoxa çıxıb. Hadisə zamanı göyərtədə on iki ekipaj üzvü və 227 sərnişin olub. Təyyarənin tapılması üçün aviasiya tarixində ən böyük axtarış əməliyyatı aparılıb. Lakin bütün səylərə baxmayaraq, təyyarəni tapmaq mümkün olmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button