Alma sirkəsinin faydaları

Son illər təbii məhsullara marağın artması alma sirkəsini yenidən diqqət mərkəzinə gətirib. Mütəxəssislərin fikrincə, təbii alma sirkəsinin tərkibindəki vitamin və minerallar onun həm sağlamlıq, həm də gündəlik istifadə baxımından bir sıra üstünlüklərini önə çıxarır.
AZERFAX.AZ xəbər verir ki, araşdırmalar göstərir ki, alma sirkəsi həzm sistemini yaxşılaşdırır, mədə turşusunu tənzimləyərək qidanın daha səmərəli parçalanmasına kömək edir. Bu xüsusilə həzmsizlik və qəbizlikdən əziyyət çəkən insanlar üçün əhəmiyyətlidir.
Dietoloqlar, həmçinin, yeməkdən əvvəl qəbul edilən az miqdarda alma sirkəsinin qanda şəkər səviyyəsinin kəskin yüksəlməsinin qarşısını ala biləcəyini bildirirlər ki, bu da diabet riski olan şəxslər üçün vacib göstəricidir.
Mütəxəssislər alma sirkəsini arıqlama prosesində də faydalı hesab edir. Onun maddələr mübadiləsini sürətləndirdiyi, iştahanı azaltdığı və bədənin yağ yandırma qabiliyyətini artırdığı vurğulanır. Eyni zamanda, alma sirkəsinin təbii antiseptik xüsusiyyətlərə malik olması bakteriya və göbələklərin çoxalmasının qarşısını alır, bu isə həm evdə təmizləmə, həm də dəriyə qulluq üçün onun tətbiqini artırır. Seyreltilmiş formada istifadə edildikdə, dəri yağını balanslaşdırır, sızanaqları azaldır və dərinin parlaq görünməsinə kömək edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



