Göygöldə aşan “Niva” da bir nəfər öldü, 3 nəfər xəsarət aldı.

Göygöldə “Niva” markalı avtomobilin aşması zamanı ölümlə nəticələnən ağır yol qəzasında xəsarət alanların son durumları ilə bağlı xəbər var. AZERFAX.az-ın yerli bürosu Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat verir ki, Toğanalı-Kəlbəcər magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1988-ci il təvəllüdlü M. Məmmədov, 1991-ci il təvəllüdlü Ş. Abbasov, və 1985-ci il təvəllüdlü N. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanasına yerləşdirilib. 07.12.2025-ci il tarixində saat 23:40 radələrində 2 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağırdır” deyə məlumatda bildirilib.
Qeyd edək ki, dünənaxşam saatlarında “Niva” markalı avtomobilin aşması zamanı 3 nəfər xəsarət alanlarla yanaşı bir nəfər, 1983-cü il təvəllüdlü Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.



