Region

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb.

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və rəhbərlik nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovla görüşüb.

Görüşdə Zəfər Qurbanov bildirib ki, gənclərin yeni ideyaları, enerjisi və yaradıcılığı Aqrar Universitetinin inkişafına mühüm töhfə verir. Rektor deyib ki, universitetdə gənclərin təşəbbüslərini dəstəkləmək, onların sosial və akademik fəallığını artırmaq əsas prioritetlərdəndir. Xüsusilə, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətindən danışan Rektor, ATGTİ ilə ali təhsil müəssisəsinin sıx əməkdaşlığına da diqqət çəkib.

Rəşad Zeynalov ADAU rəhbərliyinin gənclərin inkişafına göstərdiyi diqqət və dəstəyi xüsusi vurğulayaraq Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin ölkənin ictimai-siyasi və sosial həyatında aktiv olduqlarını bildirib.

Sonda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button