Ölkə

Qəzzada bir milyondan çox insan kəskin ərzaq təhlükəsizsizliyi ilə üz-üzədir


Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı qurumların hazırladığı İnteqrə olunmuş Ərzaq Təhlükəsizliyinin Faza üzrə Təsnifatı (IPC) hesabatında bildirilir ki, Qəzzada son dövrlərdə müəyyən yaxşılaşmalar müşahidə olunsa da, ən azı 1,6 milyon insan 2026-cı ilin aprel ayının ortalarınadək yüksək səviyyəli kəskin ərzaq təhlükəsizsizliyi ilə üz-üzə qalmaqda davam edəcək.

AZERFAX.AZ xəbər verir ki, hesabatda qeyd olunur ki, mövcud dövrdə IPC mərhələlərinə əsasən, bu 1,6 milyon nəfərin 1,03 milyonu “böhran” mənasını verən 3-cü mərhələdə, 571 mini “fövqəladə vəziyyət” adlandırılan 4-cü mərhələdə, 1 900 nəfəri isə “qıtlıq” anlamına gələn 5-ci mərhələdə yer alır.


Ümumi vəziyyətin hələ də “kritik” olduğu vurğulanır.

IPC hesabatında həmçinin Qəzza zolağı üzrə 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək 6–59 aylıq uşaqlar arasında təxminən 101 min kəskin qidalanma çatışmazlığı halının qeydə alınacağı proqnozlaşdırılır. Onlardan 31 mininin ağır vəziyyət olacağı gözlənilir.

Bundan başqa, 37 min hamilə və süd verən qadının təcili qida dəstəyinə ehtiyac duyacağı təxmin edilir.

Eyni zamanda, yenidən hərbi toqquşmaların başlaması və humanitar yardımın dayandırılması kimi ən pis ssenari baş verərsə, Qəzza zolağının bütövlükdə 2026-cı ilin aprel ayının ortalarınadək qıtlıq riski ilə üzləşə biləcəyi vurğulanır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button